Məhəmməd Yunus Banqladeşin yeni hökumət başçısı kimi and içib

Banqladeş Prezidenti Şahabuddin Çuppu ölkənin müvəqqəti hökumətinin başçısı, Nobel mükafatı laureatı Məhəmməd Yunusa and içdirib.
“Report” xəbər verir ki, mərasimdən kadrlar “Jamuna TV” tərəfindən yayımlanır.
Yaxın vaxtlarda isə Yunusla birlikdə çalışacaq Nazirlər Kabineti üzvlərinin and içəcəyi gözlənilir.