AEBA AES-in yerləşdiyi Kursk vilayətindəki vəziyyəti izləyir

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) vəziyyətdən xəbərdar olduğunu və üçüncü gündür Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalan Kursk vilayətindəki hadisələri izlədiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu agentlik “RİA Novosti”nin sorğusuna cavabında bildirib.
“AEBA vəziyyətdən xəbərdardır və hadisələrin inkişafını izləyir”, – AEBA Kursk AES daxil olmaqla təhlükəsizlik vəziyyəti ilə bağlı şərh vermək sorğusuna cavab olaraq bildirib.
Xatırladaq ki, regionun Kurçatov şəhərində yerləşən Kursk AES döyüş zonasından 100 km aralıda yerləşsə də, Ukrayna Silahlı Qüvvələri sözügedən bölgəyə soxularaq irəliləməsi nəticəsində bu məsafə 50 km-dək azalıb.