Türkiyə bu ölkənin hava məkanını qoruyacaq

Bolqarıstan parlamenti səs çoxluğu ilə Türkiyə ilə dövlətlərin hava məkanının birgə qorunması haqqında memorandumu təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Atanas Zapryanov məlumat verib.

"Söhbət müdafiəyönümlü addımlardan yox, növbətçi təyyarələr tərəfindən həyata keçirilən dinc dövrün əməliyyatlarından gedir”, - A.Zapryanov qeyd edib.