Lənkəran rayonunda yol qəzası

Lənkəran rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər yaralanıb.
“Report”un cənub bürosunun məlumatına görə, hadisə Lənkəran – Lerik magistralının Qurumba kəndi ərazisində baş verib.
Belə ki, "VAZ-2107" markalı minik avtomobil "Mercedes" markalı minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər daha sonra elektrik dirəklərinə çırpılıblar. Qəza nəticəsində üç nəfər – Lənkəran rayon Kərgəlan kənd sakini 1989-cu il təvəllüdlü Arzu Xanverdi qızı Canıyeva, Lənkəran rayon Şağlaküçə kənd sakini 1995-ci il təvəllüdlü Nurlan Akşin oğlu Kərimzadə və onun həmkəndlisi 1995-ci il təvəllüdlü Rasim Ariz oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rrayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan birinin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən verilən açıqlamaya görə, 08.08.2024-cü il tarixində saat 21:00 radələrində Lənkəran rayonun Qurumba kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ikisi kişi, biri qadın olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri – sağ qolun bazu sümüyünün sınığı, gözətrafı nayihələrin hematoması, sol baldır sümüyünün 1/3-nin sınığı, bel və sağ çiyin oynağının küt travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin Reanimasiya şöbəsinə, digərləri Təcili yardım şöbəsinə yerləşdirilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.