Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Rusiyadan olan 86 fiziki şəxs və şirkət sanksiyalar siyahısına daxil edilib.
Bu barədə krallığın hakim dairələrindən məlumat verilib.
Məlumata görə, sanksiyalar xüsusilə “Rus mis şirkəti”nin direktorlar şurasının sədri İqor Altuşkinə və Zaporojye atom elektrik stansiyasının istismarı ilə məşğul olan təşkilatın rəhbəri Oleq Romanenkoya qarşı tətbiq edilib.
Bundan başqa, Britaniya nəqliyyat sahəsində fəaliyyət göstərən 24 Rusiya vətəndaşı və təşkilatına, “Qazprom-neft”in direktorlar şurasının 13 üzvünə və “Transneft”in direktorlar şurasının beş üzvünə qarşı məhdudiyyətlər tətbiq edib. Sanksiyalara həmçinin “Kalaşnikov” konserni də daxil olmaqla Rusiya Federasiyasının 20 müdafiə müəssisəsi və şirkətinin rəhbərləri də məruz qalıblar.
Həmçinin, Böyük Britaniya “Rosatom”la əlaqəli doqquz təşkilatı, Rusiya Federasiyasının metal istehsalı ilə məşğul olan səkkiz şirkətini, Rusiya ilə əlaqəli olduğu deyilən altı böyük nəqliyyat şirkətini, o cümlədən “Sun Ship Management” gəmiçilik şirkətini də sanksiyalar sihayısına daxil edib. 
Britaniya, eyni zamanda, “DOM.RF” mənzil tikintisinin inkişafı institutu və Metallurgiya İnvestisiya Bankına qarşı da sanksiyalar tətbiq edib.
Mənbə: TASS