Volodimir Zelenski Britaniyanın Baş naziri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb.
“Report”un xəbərinə, bu barədə V.Zelenskinin Mətbuat xidmətindən bildirilib.
O, Rusiya ilə müharibədə Kiyevə verdiyi dəstəyə görə R.Sunaka təşəkkürlərini çatdırıb.
Tərəflər Ukrayna Prezidentinin mayın 14-də Britaniyaya səfəri zamanı əldə olunan razılaşmaların icrası barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, V. Zelenski “Böyük yeddilik” ölkələrinin sammitinə qatılmaq üçün Yaponiyada səfərdədir.
Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.