Kiyevdə güclü yanğın - VİDEO

Ukraynanın Kiyev vilayətində güclü yanğın baş verib.
Sosial şəbəkələrdə tüstünün ətrafa yayıldığını əks etdirən görüntülər yayılıb.
Qeyd olunur ki, yanğın Dnepr və Rusanovski boğazı arasında Venesiya və Dolobetski adalarında yerləşən Hidropark ərazisində baş verib. Ərazidə restoranın yandığı ehtimal edilir.
Bundan əvvəl Ukraynanın Energetika Nazirliyi Kiyev şəhərində və Kiyev vilayətində elektrik enerjisinin kəsildiyi barədə məlumat verib. Beş minə qədər abonent işıqsız qalıb. Hazırda əksər istehlakçıların elektrik enerjisi ilə təminatı bərpa olunub, təmir işləri davam etdirilir.

Telegram Widget