Yermak F-16 təyyarələrinə görə Ceyk Sallivana təşəkkür edib

Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Yermak Yaponiyada ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüb və ölkəyə F-16 qırıcılarının verilməsinə verdiyi dəstəyə görə təşəkkür edib.

APA-nın xəbərinə görə, bu barədə Yermak özünün Telegram kanalında bildirib.

“Biz döyüşçülərin koalisiyası, prezident Zelenskinin sülh formulundan danışdıq. Mən Ceykə Ukraynaya F-16-ların verilməsini dəstəklədiyinə, eləcə də Ukraynaya yardımda göstərdiyi operativliyə və səmimiyyətinə görə təşəkkür etdim”, - deyə Yermak bildirib.

Siyasətçinin sözlərinə görə, uzun müddətdir ki, o və Sallivan Ukraynanın müdafiə qabiliyyəti sahəsində çox sayda mühüm məsələləri həll ediblər.