G7 sammitinin iştirakçıları Xirosima qurbanlarının xatirəsini yad ediblər

Yeddilik Qrupunun (G7 - Böyük Yeddilik) sammitinə dəvət olunmuş ölkələrin - Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı, Cənubi Koreya liderləri bazar günü Xirosimadakı Sülh Parkını ziyarət edərək atom bombası qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.

APA-nın məlumatına görə, tədbir G7 sammitinin mətbuat mərkəzində yayımlanır.

Onlar Sülh Muzeyini ziyarət edib, nüvə hücumu qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyublar. Şənbə günü Xirosimaya gələn Ukrayna prezidenti Vladimir Zelenski onların yanında olmayıb.