Rişi Sunak: Çin qlobal təhlükəsizliyə ən böyük problem yaradır

“Çin qlobal təhlükəsizliyə ən böyük problem yaradır”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Britaniyanın baş naziri Rişi Sunak G7 sammitinin sonunda bildirib.

"Çin qlobal təhlükəsizlik və rifah üçün əsrimizin ən böyük problemini ortaya qoyur, onlar daxildə getdikcə avtoritar, xaricdə isə iddialı olurlar" - deyə baş nazir qeyd edib.

G7 danışıqları zamanı dünya liderləri Ukrayna və Çinə diqqət yetiriblər. Rişi Sunak qeyd edib ki, G7 və digər ölkələrlə birgə özümüzü və Çindən gördüyümüz tədarük zəncirlərinin zəifliyini riskdən azad edə bilmək, qorunmaq üçün lazımi addımlar atmaq və bunu bir-birinə zərər verməyən bir yol seçərək etmək barəsində birgə çalışacaqlar.