Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib

Türkiyədə Adana vilayətinin Saimbəyli bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.


Məlumata görə, yerli vaxtla saat 15:46-da 4,9 bal gücündə zəlzələ qeydə alınıb, episentri Saimbəyli bölgəsi olub.

Zəlzələ 6,67 kilometr dərinlikdə baş verib.