Xaricdəki türklərin səsvermə prosesi davam edir: Uzun növbələr yaranıb 

Xaricdə yaşayan Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turuna səs verməkdə davam edir.

Çoxlu sayda seçici növbəti dəfə səsverməyə gedib. Seçki məntəqələrinin qarşısında uzun növbələr yaranıb.

Sherg.az xəbər verir ki, mayın 20-də xarici nümayəndəlik və gömrük idarələrində başlayan səsvermənin ilk günündə nümayəndəliklərdə 510 min 926 seçici səs verib. Gömrükdə ümumilikdə 19 477 nəfər səsvermədə iştirak edib.

Beləliklə, 2014-cü ildən bəri ilk dəfə xaricdə ilk günün sonunda ümumilikdə 530 403 nəfər səsverməyə qatılaraq,  rekord  qırıb.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq və mayın 28-i saat 17.00-dək gömrükdə davam edəcək.