Almaniyanın aşırı sağçıları son 5 ildə ən yüksək reytinqə sahibdirlər


Aşırı sağçı Almaniya üçün Alternativ (AfD) Partiyasının populyarlığı ölkə üzrə 17%-ə çatıb ki, bu da 2018-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir.

“Report” xəbər verir ki, bu, “Insa” ictimai rəyi araşdırma institutunun “Bild am Sonntag” üçün keçirdiyi sorğunun nəticələridir.

Partiyanın son nəticəsi öncəki həftədən bir faiz bəndi çoxdur və 2018-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir.

Yaşıllar bir xal itirərək 14 % toplayıblar ki, bu da federal seçkilərin nəticələrindən (14,8 %) azdır. Sosial demokratlar bu həftə mövqelərini qaytararaq 21 %-ə yüksəliblər.

Azad Demokrat Partiyası bir xal itirərək 8 faizə enib.

Xristian Demokrat İttifaqı 28 faizlə ən güclü qüvvə olaraq qalır.