Müharibə Rusiya ərazisinə keçdi: sakinlər köçürülür

Rusiyanın Belqorod vilayətində davam edən hərbi əməliyyatlarla əlaqədar olaraq, 9 yaşayış məntəqəsinin sakinləri, o cümlədən rayonun mərkəzi Qrayvoronun sakinləri köçürülüb.
Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
"Qrayvoron, Novostroevka, Qorki, Qorkovski, Bezımeno, Mokraya Orlovka, Qlotovo, Podil dağı, Zamostye, Spodaryuşenonun sakinləri köçürüldü", - qubernator bildirib.
O, həmçinin qeyd edib ki, dünən elan edilən əməliyyat davam edir.