Alman deputat Rəisinin cəzalandırılmasını tələb etdi

Almaniyanın Avropa Parlamentindəki nümayəndəsi Hanna Neumann İran Prezidenti İbrahim Rəisinin cəzalandırılmasını tələb edib.
Bakupost.az xəbər verir ki, bu barədə “Təbriz Turan TV” Teleqram kanalı məlumat paylaşıb.
H.Neumann Tvitter hesabında yazıb:
“Bu gün biz İranda edamların artdığını görürük. İbrahim Rəisi kimi adamlar cəzasız qalmamalıdır”.