Rusiyadan etiraf: "Ukrayna ordusu ən güclü ordulardan biridir"

"Ukrayna ordusu dünyanın ən güclü ordularından biridir".
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.
"Onların yüksək təşkilatçılıq, yüksək hərbi hazırlıq, yüksək intellekt səviyyəsi var, müxtəlif silahlara malikdirlər. Üstəlik, onlar istənilən silah sistemləri ilə işləyirlər: istər sovet, istər NATO silahları, hansı olursa-olsun, hamısında eyni dərəcədə uğurludur", - Priqojin deyib.
Onun sözlərinə görə, ukraynalılar vaxtilə Böyük Vətən Müharibəsində olduğu kimi, “ali məqsədə çatmaq” uğrunda mübarizə aparırlar.