Rusiya MN-in yüksək vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs olunub

Rusiyanın Müdafiə Nazirliyindəki korrupsiya faktları üzrə sözü gedən qurumun İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini, general-mayor Vladimir Şesterov həbs olunub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə qərar 235-ci Qarnizonun Məhkəməsi qərar çıxarıb.

Dövlət əmlakının və büdcə vəsaitlərinin talanmasında ittiham olunan keçmiş məmur barədə ev həbsi qaydasında qətimkan tədbiri seçilib.