Rusiya MN: 70 dən çox ukraynalı həlak olub


Rusiya Müdafi Nazirliyi ötən gün Rusiya-Ukrayna sərhədindəki Belqorod bölgəsinə daxil olan Ukrayna bölmələri ilə bağlı açıqlama verib.
Bakupost.az xəbər verir ki, nazirlik Belqorodda 70-dən çox ukraynalının öldürüldüyünü bildirib.
Açıqlamada, Belqoroddakı əməliyyatların tamamlandığı qeyd olunub.
Antiterror əməliyyatı zamanı Qərb Hərbi Dairəsinin Dövlət Sərhəd Qoşunları tərəfindən hava əməliyyatları, artilleriya atəşi və aktiv əməliyyatlarla birləşmələrin qarşısı alınıb.
“Millətçilər öz torpaqlarına qovulub. Əməliyyatlar zamanı 70-dən çox ukraynalı terrorçu, 4 zirehli maşın və 5 pikap məhv edilib”.
Belqorod qubernatoru Vyaçeslav Qladkov isə hadisələr zamanı 12 mülki vətəndaşın yaralandığını bildirib.