“Simpsonlar” bu hadisəni də bilirdi...

“Titanik”i ziyarət edən sualtı gəminin yox olacağı illər əvvəl nümayiş olunub
 
İllərdir ekrandan düşməyən “Simpsonlar” cizgi filmi dünyada baş verəcək qəribə hadisələri öncədən təxmin etməklə məşhurlaşıb. Bu cizgi filmində illər öncə corona virus, ağıllı saat, Yunanıstandakı iqtisadi böhran, kripto-pul, Donald Trampın prezident seçilməsi və dünya əhəmiyyətli bu qəbildən başqa olaylar barədə danışılır, nümayiş olunub. 

 İçərisində ötən əsrdə Atlantik okeanı sularında qəzaya uğramış “Titanik” gəmisinin qalıqlarına baxmaq istəyən turistlərin olduğu və hazırda axtarışları davam edən “Titan” sualtı qayığının itkin düşməsinin bənzəri olan olay da “Simpsonlar” tərəfindən illər öncə ekrana gətirilib. Simpsonlar  cizgi filminin 2006-cı ildə yayımlanan bir bölümündə ailə başçısı Homer Simpson bioloji atası Mason Fairbanks olduğuna inandığı birisi tərəfindən bir macəraya məruz qalır. Fairbanks Homeri gəmisinə dəvət edir və ona zümrüd daşlarla dolu, qəzaya uğramış gəmi haqqında danışır.  

Onlar xəzinəni tapmaq üçün sualtı aparatlarla okeanın dərinliklərinə baş vururlar. Lakin başlarına bəla gəlir. Homer Simpson bir mərcanın içində sıxışıb qalır. Qanda oksigen azaldıqca huşunu itirir. Oyandıqda isə görür ki, xilas edilib və xəstəxanadadır. Sual yaranır, “Simpsonlar”ın yaradıcıları 17 il sonrakı hadisəni necə təxmin edə billərdi?