Bu kişi necə hamilə qala bilərdi?

Həkimlər qarnını yardıqda şok oldular

Hindistanın Nagpur şəhərində tarixdə nadir rastlanan hadisə baş verib.

 “Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 36 yaşlı Sanju Bhagat qarnındakı dözülməz ağrılarla həkimə müraciət edib. Onu müayinə edən həkim adamın qarnında şiş olmasından şübhələnib. S.Bhagatın uşaq vaxtından qarnının daha böyük olması, illər keçdikcə daha da böyüməsi həkimləri yanıldıb.

Onlar zənn edib ki, adam xərçəng xəstəsidir və qarnında xərçəng şişi daşıyır. Lakin müayinə zamanı həkimlər də şoka düşüb. Məlum olub  ki, adamın mədəsinin yanında insanabənzər ət yığıntısı var. Əməliyyat edən həkim əlini uzadaraq oradan cinsi orqanlar, xeyli sümük parçası və saç çıxarıb. Görənlər heyrətə gəlib. Bu kişi necə hamilə qala bilərdi? Həqiqətsə başqadır. Samju Bhagatın bədənindəki onun dünyaya gəlməmiş  əkiz tayı imiş. Əkizlərdən birində inkişaf getməyib və o, digər tayın bədəninə yapışıb qalıb.  Bu cür hadisələr 500 min canlıdan birində baş verir.