Yunanıstanda parlament seçkiləri keçirilir

Yunanıstanda parlament seçkilərinin keçirilməsi üçün seçki məntəqələri açılıb.

APA xəbər verir ki, bu barədə “Associated Press“ agentliyinin Yunanıstan bürosu məlumat yayıb.

Qeyd olunub ki, Yunanıstanda parlament seçkiləri üzrə seçki məntəqələri bu gün Bakı vaxtı ilə səhər saat 08:00-da açılıb və saat 20:00-dək açıq qalacaq.

Seçki məntəqələri bağlandıqdan dərhal sonra “Exit-poll”un nəticələri elan olunacaq.

Yunanıstanda 9,8 milyona yaxın seçici qeydə alınıb və onlar birpalatalı parlamentin 300 üzvünü seçməlidirlər.