Bu il Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 1,5 milyonu keçib


Bu il Səudiyyə Ərəbistanına gedən xarici zəvvarların sayı 1,5 milyonu keçib.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Pasportlar Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu günə qədər 1 milyon 626 min 500 zəvvar ölkəyə daxil olub:

"Onların 1 miyon 559 min 53-ü hava yolları ilə, 60 min 617-si quru yolla, 6830-u isə dəniz yolu ilə gəlib".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Statistika Komitəsi 2023-cü il üçün ümumilikdə kvotanın 2,3 milyon nəfər olduğunu müəyyən etmişdi.