SON XƏBƏR: "Vaqner" üsyanından sonra Putindən ilk açıqlama


Rusiya prezidenti Vladimir Putin Rusiyada bir günlük "Vaqner" qiyamının sona çatmasından sonra ilk dəfə çıxış edib.

Sherg.az xəbər verir ki, Putin “Bizim prioritetimiz Ukraynadakı əməliyyatdır, biz məqsədlərimizə çatacağıq”, - deyə bildirib. 

Qeyd edək ki, “Vaqner” özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin Rusiya ordusunu Vaqnerə hücumda ittiham edib və cavab zərbəsi endirməklə hədələyib. "Vaqner" döyüşçüləri Ukraynanı tərk edərək sərhədyanı Rostov rayonuna daxil olublar.
Rusiya prezidenti Vladimir Putin "Vaqner"in üsyanını “vətənə xəyanət” adlandırıb.
Priqojin Moskvaya gedəcəklərini açıqlayıb və Kreml rəhbərliyi ölkənin bir çox yerində təhlükəsizlik tədbirlərini artırıb.
Bildirilib ki, Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyada gərginliyin azaldılması təklifini qəbul edib.

Turan