Terrorçu kürdlər arasında daxili savaş

Terror qruplaşmaları Komala Partiyası və Kürdüstan Zəhmətkeşləri Təşkilatı arasında atışma baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, atışma nəticəsində azı 2 terrorçu ölüb, 3-ü isə yaralanıb.
Qeyd edək ki, atışmadan bir neçə gün öncə Komala Partiyası ittifaqın uğursuzluğa düçar olduğunu bildirib. Daha sonra isə Kürdüstan Zəhmətkeşləri Təşkilatı ilə olan ittifaqın dağıldığını açıqlayıb.