Priqojinə qarşı cinayət işinə xitam verilməyib

"Vaqner" rəhbəri Yevgeni Priqojinə qarşı silahlı qiyam təşkil etməsi ilə bağlı açılan cinayət işinə xitam verilməyib.

Trend xəbər verir ki, bu barədə məlumat yayıb.

Məlumatda “Priqojinə qarşı cinayət işinə xitam verilməyib”, - qeyd edilsə də mənbə digər təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, "Vaqner" qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin "25 minlik ordu ilə" Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq "hərbi çevrilişinə cəhd" maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

Lakin daha sonra Priqojin Belarus lideri Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq təklifini qəbul edib. Priqojin elan edib ki, "Vaqner" qan tökülməməsi üçün bazasına qayıdır.