Türkiyə xarici işlər naziri Hakan Fidanın 26-27 iyunda Monteneqroya səfər edəcək.
Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, türkiyəli nazir 27 iyunda Podqoritsada keçiriləcək Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SEECP) Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak edəcək.
Nazir Fidan Zirvə toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirəcək.