Dünyanı şoka salan qətllərə səbəb nə idi?

Macar qadınlar 300 kişini öldürüb


  Kəndin kişiləri ard-arda ölürdü, kimsə nə baş verdiyini anlamırdı. Uzun müddət belə davam etdikdə, şübhələnməyə başladılar. Ərləri ölən qadınları danışdırdıqda izlər kənddə mamaçanı nişan verirdi. Olayların mərkəzində o görünürdü. Qadının qurduğu qorxunc tələnin detallarını illər sonra bir qəzet müxbirinə göndərilən məktub ortaya çıxarıb.

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bu dəhşətli faciənin detallarını təqdim edir. Bu dəhşətli qətllər barədə Türkiyə ilk dəfə “Axşam” qəzetinin səhifələrindən öyrənib. Qəzetin 1930-cu il 15 yanvar tarixli sayında “Ər qatili macar qadınların mühakiməsinə xitam verildi” başlığı ilə material dərc edilib. Məqalədə Budapeştdən 100 km cənub-şərqdəki Nagyrev kəndində yaşananların dünyanın diqqətini buraya çevirdiyi yazılırdı. Kənddə nə baş vermişdi? Həmin illərdə Budapeşt Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olub. Nagryev kəndinin sakinləri sağlıq problemləri olduqda, xəstələndikdə kənddə mamaça, türkəçarə həkimi kimi tanınan Zsuzsanna Fazekas adlı qadına müraciət edirmiş. Fazekas, tibb təhsili almamışdı, amma kənddə hamı ona müraciət edirdi. Kəndin kişiləri tarlalarda çalışdıqlarından ağrı və sızıltılardan qurtulmaq üçün onun türkəçarə üsulu ilə hazırladığı dərmanlarından istifadə edirdilər. Fazekas, həyat yoldaşıyla bilrikdə 1911-ci ildə Nagyrevə köçüblər, amma həyat yoldaşı xəbərsiz-ətərsiz çıxıb gedəndən sonra qadın mamaçalığa, bitkilərlə müalicə üsullarına başlayıb. Ətraf ərazilərdə də məşhurlaşıb. Fazekas 1911-1921-ci illərdə dəfələrlə qadınları abort etməsi iddiasıyla həbs edilib məhkəməyə çıxarılsa da, abortu müdafiə edən hakimlər onu cəzalandırmayaraq sərbəst buraxıblar. Fazekas “qadınları arzuolunmayan övladlardan xilas etdiyinə görə” şöhrət qazanıb. Ətraf bölgələrdə xəstəxana da olmadığı üçün sakinlərin ümid yeri Fazekas olub. Köməkçisi Susanna Olah ilə birlikdə kənd qadınlarının dərdlərini dinləyən Fazekas, son dönəmdə ərlərinin müharibədən geri dönməsindən narahat olan qadınlara sadə çözüm yolu göstərib: onları zəhərləmək. Bunun üçün o, milçəklərin yapışması üçün kağızın üzərinə sürtülən arsenik maddəsindən istifadə edib. Maddədən kənd qadınlarına verən Fazekas ondan çaya, qəhvəyə damızdırmağı tövsiyə edirmiş. Qadınların ərlərindən narazılığının özəl səbəbləri vardı. Kənddə gənc qızlar görücü qadınlar vasitəsilə evləndirilirdi, əsasən də özlərindən yaşca çox böyük kişilərlə. Gənc qızlar ərləri tərəfindən şiddət, zorakılıq görürdü. Ona görə də Birinci Dünya müharibəsi başlayanda qadınlar zülmkar ərlərinin evdən getmələrinə seviniblər. Ərləri müharibədə olan gənc qadınların bir çoxu gənc sevgili tapıb. Müharibədən sağ qayıdanları isə təkrar qəbul etmək istəməyiblər. 

Çıxış yolunu onları - ərlərini birdəfəlik ortadan qaldırmaqda görüblər. Fazükas da onlara bu arzularının reallaşmasına yardım edib. Onun “yardımı” ilə 300 kişinin öldüyü qeyd edilir. Ölənlər arasında təkcə yaşlılar deyil, gənc həyat yoldaşları da olub. Fazekasın ölüm maddəsinin sirri isə kənd məzarlığından çıxarılan cəsədlər üzərində aparılan analizlər nəticəsində ölülərin bədənində arsenik maddəsinin olduğu müəyyənləşib. 34 qadın və bir kişi istintaqa cəlb edilib, 12 nəfər həbs edilib. 8 nəfərə ölüm cəzası verilib, yalnız 2 nəfər edam edilib. Fazekas isə həbs ediləcəyini bilərək güclü zəhər olan siyanur içərək intihar edib. Lakin bu dəhşətli olay Nagyrev və digər kəndlərdə yaşayan kişiləri qorxudub və onların qadınlara qarşı davranışının dəyişməsinə səbəb olub.