2 min 700 illik məzarlar yox ola bilər - FOTOLAR


Türkiyənin Kastamonu bölgəsi, Taşköprü əyalətindəki 2 min 700 il yaşı olan məzarlar  dağılmaq təhlükəsi ilə üz-üzədir. Bu məzarların özəlliyi qaya parçasından ibarət olmalarıdır. Bu cür məzarlara dünyada yalnız Türkiyənin Anadolu bölgəsində rast gəlinir. 


Onlar tarixi əsər mahiyyətindədir. “Sherg” “NTV.com.tr”yə istinadən bildirir ki, qayalıqları gözdən keçirən mütəxəssislər onların aşınmaya məruz qaldığını qeyd edib. Aşınmanın səbəbi qlobal iqlim dəyişikliyi, qayalıqların 30 ildir asitik yağıntılar altında qalaraq ərimələridir. 

Taşköprü yerli dərnəkləri Kastamonu Universiteti və Taşkprü bələdiyyəsi ilə birgə qaya məzarlarının mühafizəsi işinə başlamağa niyyətlidirlər. Dərnək üzvləri Donalar kəndindəki üzərində heyvan fiqurları olan qaya məzarlarını tədqiq edib. Kastamonu Universiteti Turizm fakültəsindən Hikmət Haberalın rəhbərliyi altında tərkibində etnoqraflar, idmançılar və alpinistlərin də olduğu bir qrup könüllü qaya məzarları üzərinə dırmanaraq məzarlara sahiblik edən qayalıqların içərisinə daxil olub.  


Qrupun qayalıqlarda apardığı tədqiqat nəticəsində məlum olub ki, qatalıqların tavanında çatlar və su axıntısı izləri var.  Qaya məzarlarının üzərində aslan füqurları da müəyyənləşdirilib. Qayalıqlarda xəzinə axtaranlar tərəfindən dəliklər açılıb, qazıntı işləri aparılıb. Tədqiqtaçılar qeyd edib ki, bu qaya məzarları dünyada bəlkə də yeganədir və onların mühafizəsi təşkil edilməlidir. Lakin qayalıqlar baxımsızlıqdan dağılır, ovulub tökülür.