Gürcüstan və Ermənistan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə sərhədi keçə biləcəklər

Ermənistan parlamenti Gürcüstanla iki ölkə vətəndaşları üçün sadələşdirilmiş sərhəd keçidi haqqında sazişi ratifikasiya edib.

Sherg.az gürcü mediasına istinadən  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, bundan sonra, Gürcüstan və Ermənistan vətəndaşları pasport təqdim etmədən, şəxsiyyət vəsiqəsi ilə sərhədi keçə biləcəklər.

Ermənistanın hakim partiyasının deputatı Qurgen Arsenyan deyib: “Ermənistan öz qonşuları ilə dinc yanaşı yaşamanın effektiv sxemini qura bilər və qurmalıdır.

Bu baxımdan Gürcüstanla münasibətlər ən yaxşı “pilot layihə”yə çevrilə bilər və biz digər qonşularla belə bir rejimə çalışmalıyıq”, - deyə deputat qeyd edib.