Ermənistan və Rusiya vətəndaşları qaçaqmalçılıq yolu ilə Gürcüstana qızıl keçirməyə cəhd ediblər

Ermənistan və Rusiya vətəndaşları qaçaqmalçılıq yolu ilə Gürcüstana qızıl keçirməyə cəhd edib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, “Sadaxlı” sərhəd keçid məntəqəsində və “Sarpi” keçid məntəqəsində bəyan edilməmiş qızılın Gürcüstana gətirilməsi cəhdinin qarşısı alınıb.

Gömrükçülər tərəfindən Ermənistan və Rusiya vətəndaşlarının baqajları yoxlanılarkən, ümumi çəkisi 406,8 qram olan qızıl aşkar edilib. Qaçaqmalçılıq 15,5 min dollar dəyərində qiymətləndirilir.

Qanunu pozan Ermənistan vətəndaşının işinin materialları Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib, Rusiya vətəndaşına isə 2,3 min dollar məbləğində cərimə tətbiq edilib.