İranda toz fırtınası: 1191 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər ölüb

İranın Sistan-Bəlucistan əyalətində son 6 gündə toz fırtınaları səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1191-ə çatdığı halda, 1 nəfər dünyasını dəyişib.

Sherg.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Sistan-Bəlucistan Böhran İdarəetməsinin baş direktoru Məcid Mohibbi bildirib ki,  göz, tənəffüs və ürək xəstəlikləri insanların səhiyyə müəssisələrinə müraciət etmələrinin əsas səbəbidir.

Xəstəxanaya yerləşdirilən 1019 nəfərin ambulator müalicə olunaraq evə buraxıldığını, 171 nəfərin müalicəsinin davam etdiyini deyən Mohibbi, 1 nəfərin dünyasını dəyişdiyini bildirib.

Mohibbi, iyunun 26-da verdiyi açıqlamada, 764 nəfərin toz səbəbiylə xəstəxanaya yerləşdirildiyini, onlardan 115-nin xəstəxanalarda müalicəsinin davam etdiyini söyləyib.

Səlahiyyətlilər, xüsusilə ürək və tənəffüs xəstəlikləri olanların çölə çıxmamasını tövsiyyə edirlər.

Turan