Ermənistan Azərbaycanla sərhəddə silah-sursat zərərsizləşdirəcək

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə yerləşən Kirants və Berkaber yaşayış məntəqələrinin sakinlərinə xəbərdarlıq edib.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, nazirlikdən yerli vaxtla saat 12:00-dan 14:00-a qədər həmin kəndlərə yaxın ərazilərdə hərbi silah-sursatın zərərsizləşdirilməsi tədbirlərinin həyata keçiriləcəyi bildirilib.

Qurum ərazidə 10 dəfə partlayış səsinin eşidiləcəyi səbəbindən əhalini narahat olmamağa və təşvişə düşməməyə çağırıb.