KİV: Tehran İsrailə hücum planlarını yumşalda bilər

ABŞ-nin İranın HAMAS liderinin öldürülməsinə cavab olaraq görəcəyi tədbirləri rəsmi Tehranın İsrailə hücumununmiqyasını yumşalda bilər.

APA-nın “The Washington Post”a istinadən xəbərinə görə, bu barədə Ağ Evdən bildirilib.

Qəzet daha sonra yazır ki, rəsmi Vaşinqtonun regiona ordu göndərməsindən sonra rəsmi Tehran regionda hərbi eskalasiya ilə bağlı planlanına dəyişikliyi nəzərdən keçirir:

”İranda yaxşı başa düşürlər ki, ABŞ şəxsi maraqlarının müdafiəsi üçün istənilən addımı atmağa qadirdir. ABŞ-nin hərbçilərini regiona toplamasının səbəbi də bu prinsipə sadiqliyin göstəricisidir”.