Türkiyədə zavod yanır

Türkiyənin Bursa şəhərində yaxta zavodu yanır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin Orxanqazi rayonundakı müəssisədə baş verib.

Kimyəvi maddələrin olduğu depoda başlayan yanğın qısa zamanda ətrafa yayılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.