Zaqatala sakini həmyerlisini bıçaqlayıb

Həmyerlisinə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, avqustun 7-də gec saat 01 radələrində Zaqatala rayonunun Qazangül qəsəbəsində 47 yaşlı Nadir Cumaəliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin qəsəbə sakini, 1982-ci il təvəllüdlü Vitaliy Batayevə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, V.Batayevə kəsici alətlə xəsarət yetirən N.Cumaəliyev polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Məhkəmə-tibbi ekspertizası təyin olunub, araşdırmalar davam etdirilir.