İsrail ordusu silahlı qüvvələrin döyüş hazırlığını artırıb

İsrailin müdafiə naziri Yoav Qalant Tel Nof aviabazasına səfəri zamanı silahlı qüvvələrin müdafiə və hücum imkanlarını gücləndirmək üçün hazırlığının artırıldığını bildirib.

APA xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Onun sözlərinə görə, İsrail hər gün müdafiə və hücum imkanlarını təkmilləşdirir. Qallant həmçinin bildirib ki, o, atılacaq addımları ABŞ-la kordinə edib.

Bunun üçün o ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla ilə görüşüb və ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefon danışıqları aparıb.

O həmçinin prezident Co Baydenlə vəziyyəti müzakirə etdiyini deyib.

ABŞ İsraili dəstəkləməkdə qərarlı olduğunu bildirib.