Fransada 15 yaşdan aşağı uşaqlara internet məhdudiyyəti qoyuldu

Fransa Senatı 15 yaşından kiçik uşaqların  sosial media platformalarında qeydiyyatdan keçməsi və istifadə etməsi üçün valideynlərin razılığını tələb edən qanun layihəsini qəbul edib. Qaydaları pozan platformalar yüksək məbləğdə cərimələnəcək.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Fransız senatorlar sosial mediada nifrətlə mübarizəni nəzərdə tutan qanun layihəsini ikinci dəfə müzakirə ediblər.

15 yaşından kiçik uşaqların sosial media platformalarında qeydiyyatdan keçmək üçün valideynlərindən icazə almasını tələb edən qanun layihəsi Senatda yekdilliklə qəbul edilib.

Müvafiq olaraq, platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər.

Qaydaları pozan  platformalar dünya üzrə dövriyyəsinin 1%-i qədər cərimələnə bilər.

Valideynlər platformalardan 15 yaşlı uşaqlarının sosial media hesablarının dayandırılmasını tələb edə biləcəklər.

Qanun sosial media və onlayn platformaların məhkəmə araşdırmaları çərçivəsində elektron məzmunla bağlı hüquqi sorğulara 10 gün ərzində cavab vermə öhdəliyini də əhatə edir. Platformalara verilən bu müddət şəxsə və ya əmlaka ciddi ziyan vurma riski olduqda ən çoxu 8 saat olacaq.

Dünən Milli Assambleyada qəbul edilən qanun layihəsi müzakirə üçün Senata göndərilib.

Qanun layihəsi Senatda təsdiqlənib.

Turan