İsveç səfiri Səudiyyə Ərəbistanı XİN-ə çağırılıb

İsveç səfiri Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Stokholmda Mərkəzi Məscidin qarşısında "Qurani-Kərim"in nüsxəsinin ekstremist tərəfindən yandırılmasına etiraz əlaməti olaraq iyulun 2-də İsveç səfiri XİN-ə çağırılıb.

Səudiyyə Ərəbistanı XİN-i "bu rüsvayçı hərəkəti qəti şəkildə qınaması barədə ona (İsveç səfirinə -red.) məlumat verərək, İsveç hökumətini ekstremizm və mötədilliyinin qarşısının alınması ilə bağlı beynəlxalq səylərə birbaşa zidd olan bütün hərəkətləri dayandırmağa çağırıb və xalqlar və dövlətlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıb".