Həcc ziyarətində 30 nəfər vəfat edib

Müqəddəs torpaqlara – Həcc ziyarətinə yollanmış zəvvarlar arasında böyük itki yaşanıb. 

“Sherg.az” “HaberTürk”ə istinadən xəbər verir ki, may ayının 30-da Həcc ziyarətinə yola düşən zəvvarlardan  30 nəfəri həyatını itirib.

Vəfat etmiş Türkiyə vətəndaşlarından 8-i qadındır. Onların ölüm səbəbi ürək çatışmazlığı və yaşlı olmaları göstəirilir. Qeyd edilir ki, yaşları çox olan zəvvarlar üçün Həccin əməllərini yerinə yetirmək xeyli çətindir. İqlim şəraiti (Məkkədə 42 dərəcə istilikdir), zəvvarların bəzi xəstəliklərinin olması ziyarəti çətinləşdirən amillərdir.