Rusiya ordusu Xersonu atəşə tutub

Rusiya Silahlı Qüvvələrinin Xerson şəhərini atəşə tutması nəticəsində 2 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində şəhərdə yaşayış binalarına ziyan dəyib.