İranda çörək bahalaşıb

İranda un və un məmulatlarının, o cümlədən çörəyin qiyməti artıb.

“Report” “İran İnternational”a istinadən bildirir ki, hökumət buna səbəb kimi qonşu ölkələrə qaçaqmalçılıq yolu ilə unun daşınmasını, ildə 4000000 tondan çox çörəyin tullantı kimi atılmasını göstərib.

İranın iqtisadiyyat nazirinin müavini Məhəmməd Cəlalın sözlərinə görə, ölkədə çörək istehsalçılarına 10 faiz subsidiya verilib.

“Səngah” Çörəkçilər İttifaqının rəhbəri Məhəmməd Süleymani isə bildirib ki, subsidiya az olduğu üçün qiymətin qalması barədə qərar qəbul ediblər.

İranın rəsmi KİV-i yazır ki, hökumətin bu sahədəki “ağıllı plan”ının həyata keçilməsində problemlər var: “Çörək hökumətin tətbiq etdiyi qiymətdən bir neçə dəfə baha satılır”.

Məlumata görə, subsidiyalar çörək istehsalını məhdudlaşdırıb. Hökumət “Ağıllı plan”a uyğun olaraq subsidiyaların 30-40 faiz artırıldığını açıqlayıb. Ancaq onların tətbiqi mexanizmi yoxdur.