Makron Fransadakı iğtişaşların pik həddini keçdiyini bildirib

Fransa Prezidenti Emmanuel Makron kommunaların merləri ilə Yelisey sarayında keçirdiyi görüşdə ölkədə iğtişaşlardan danışıb.

“Gələcək günlər və həftələrdə diqqətli olmalıyıq, lakin gördüyünüz kimi, iğtişaşların pik nöqtəsi artıq keçib”, - deyə Makron bildirib.

O, həmçinin əlavə edib ki, hakimiyyət davamlı nizam-intizam üçün səy göstərməlidir.

Mənbə: gazeta.ru