Putin güldü, güldürdü: Öz nüfuzunu qaytarmaq cəhdi?

Rusiya lideri Vladimir Putin ölkəsini vətəndaş müharibəsi həddinə çatdıran "Vaqner" üsyanından sonra öz nüfuzunu bərpa etməyə çalışır. Dağıstanlı 8 yaşlı balaca qızı Kremldə qonaq edən Rusiya lideri tez-tez gülərək zarafat edib.


  
Sherg.az xəbər verir ki, Görüntülər “Rus xalqının Putinə dəstəyi tamdır” başlığı ilə dərc edib.

Bu yaxınlarda Dağıstana səfər edən Putin 8 yaşlı Raisat Akipovanın onu görə bilmədiyi üçün əsəbiləşdiyini öyrənib və dərhal hərəkətə keçib.


 
Rusiya İqtisadiyyat nazirinə kameralar önündə telefonla zəng edən Putin Dağıstanın yenidən qurulması üçün 5 milyard rubl əlavə edəcəklərini açıqlayıb.
Kreml 8 yaşlı Raisat və ailəsinin səfərinin görüntülərini yayıb.
Bəyanatda bütün Rusiya xalqının Putini tam dəstəklədiyi vurğulanıb.


Qərb mediasında bu görüntülər Putinin "Vaqner" üsyanından sonra itirdiyi nüfuzunu geri qaytarmaq cəhdi kimi şərh edilib.

Turan