Türkiyə, İsveç və Finlandiya XİN başçıları sabah Brüsseldə görüşəcək

Sabah Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri Brüsseldə görüşəcəklər.

“Report” xəbər verir ki, bu barədə Finlandiya xarici işlər naziri Elina Valtonen tviterdə yazıb.

O həmçinin türkiyəli həmkarı Hakan Fidanla səmərəli telefon danışığı apardığını da qeyd edib.