Suriya XİN başçısı ölkədə meydan gələn böhran barədə danışıb

“Biz siyasi, iqtisadi və təhlükəsizlik sahəsində meydana gələn təhdidlər fonunda bu prinsiplərə sadiqliyimizi bir daha təsdiqləməliyik”.

APA xəbər verir ki, bunu Suriya xarici işlər naziri Faysal Mekdad Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlərin iclasında çıxışı zamanı deyib.

Suriya xarici işlər naziri çıxışında fevralda baş verən güclü zəlzələdən sonra Suriyaya dəstək verən ölkələrə təşəkkür edib.

Nazirin sözlərinə görə, QH-nin əsasında Banduq prinsipləri dayanır ki, bu prinsiplər ərazi bütövlüyünü, sülhü, münaqişələrin sülh yolu ilə həllini, bərabərliyi təşviq edir.

Suriyalı nazir ölkəsində baş verən müharibə, meydan gələn böhran barədə danışıb.

O deyib ki, terrorizmlə mübarizə vacibdir və Suriya xalqı terrorizmdən əziyyət çəkib.

Nazir onun ölkəsinə və QH-nin bəzi üzvlərinə qarşı birtərəfli məhdudiyyətlərdən, təzyiqdən də danışıb.