Lukaşenko: Priqojin Belarusda deyil

“Vaqner” rəhbəri Yevgeni Priqojin Belarusda deyil, o, Sankt-Peterburqdadır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Vaqner” Rusiya şirkətidir. Ona görə də, sual mənə ünvanlanmamalıdır. Məndə olan məlumata görə, “Vaqner” döyüşçüləri öz düşərgələrindədirlər. Priqojinə gəlincə isə, o, Sankt-Peterburqdadır, Belarus ərazisində yoxdur”, - Lukaşenko Priqojinin olduğu yer barədə suala aydınlıq gətirərkən qeyd edib.

Lukaşenko Belarusda yerləşdiriləcək “Vaqner” döyüşçülərindən də danışıb:

"Müəyyən sayda döyüşçünün yerləşdiriləcəyindən qətiyyən narahat deyiləm. Əgər onlardan istifadə etmək lazımdırsa, biz onları dərhal istifadə edəcəyik. Onların cəbhədə topladıqları bütün bilikləri nəzərdən keçirəcəyik və hazırlıq üçün istifadə edəcəyik".