Hakan Fidan Stoltenberqlə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi ilə görüşüb.

APA TRT Haber-ə istinadən xəbər verir ki, görüşdə İsveçdə baş verən hadisələrlə bağlı müzakirə aparılıb.

Hakan Fidan İsveç qanunvericiliyində müəyyən dəyişikliklərin edildiyini qeyd edib: “Lakin bu dəyişikliklər praktikada öz əksini tapmır”.

Xarici işlər naziri İsveçin terrorla mübarizəyə müsbət töhfə verməli olduğunu diqqətə çatdırıb.

“Müqəddəs kitaba hücum heç vaxt gözardı edəcəyimiz bir şey deyil”, deyə nazir vurğulayıb.