Hollandiya koalisiya hökuməti istefa verib - Baş nazir açıqladı

Hollandiyanın baş naziri Mark Rutte dörd partiyalı koalisiya hökumətinin istefa verdiyini açıqlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Rutte koalisiyaya daxil olan 4 partiyanın immiqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı danışıqlarından sonra mətbuat konfransı keçirib.

Baş nazir   koalisiya hökumətinin immiqrasiya siyasətləri ilə bağlı danışıqlarda razılığa gələ bilməməsi səbəbindən istefa verdiyini açıqlayıb.

İmmiqrasiya məsələsinin böyük bir sosial problem olduğunu bildirən Rutte, "Koalisiyada siyasi dəstək ortadan qalxdı. Bu, acınacaqlı bir vəziyyət və görməzdən gələ bilməyəcəyimiz bir siyasi reallıqdır. Nazirlər Kabinetinin istefasını Krala (Willem Alexander) təqdim edəcəyəm" deyə bildirib.

Rutte ilk növbədə seçkilərin yenilənməsi üçün prosesə başlayacaqlarını bildirərək, hazırkı hökumətin seçkilərə qədər “müvəqqəti olaraq” vəzifəsində qalacağını qeyd edib.

Turan