Türkiyədə 5 gündür itkin düşən danimarkalı turist  ölü tapılıb  - FOTO

Türkiyənin Muğla bölgəsinin  Fethiye rayonunda tətildə olan və 5 gündür  xəbər alınmayan danimarkalı turist Tomas Bjoerk Gaard ölü tapılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Fethiyənin Kabak körfəzində bir qrup dostu ilə düşərgə salan Danimarka əsilli Tomas Bjoerk Qaard (38) iyulun 3-də düşərgəni gəzib dolaşmaq üçün tərk edib. Saatlarla sonra geri qayıtmayanda dostları 112 Təcili Zəng Mərkəzinə məlumat verib.

Jandarma Axtarış-Xilasetmə (JAK) və Axtarış-Xilasetmə Dərnəyi (AKUT) 5 gün axtarışdan sonra  qayalıq ərazidə Tomas Bjoerk Qaardın cansız cəsədini  tapıb.

Gəzərkən qayalardan yıxıldığı güman edilən turistin cəsədi Fethiye Dövlət Xəstəxanasının meyitxanasına aparılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Turan