Polşa Prezidenti Andjey Dudanı İtaliyanın faşist lideri Benito Mussolini ilə müqayisə edən Varşava hakimi Remigiuş P.-yə töhmət verilib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsinin Peşəkar Məsuliyyət Palatasının qərarında bildirilib.
Qeyd edək ki, sözügedən hakim Dudanın şəkli olan postun altında belə yazmışdı: “Amma o, Mussolini kimi olmaq istəyirdi”.